Dünya 18:24 02.07.2013

Azərbaycanlı qadın Türkiyədə vəhşicəsinə döyüldü - FOTO

Türkiyədə azərbaycanlı qadın döyülüb. 

ANS PRESS-in verdiyi məlumata görə, hadisə Aksarayda baş verib. 

38 yaşlı Zəminə Novruzova dini nikahla birlikdə yaşadığı Şahra adlı şəxsin yaxınları tərəfindən şiddətə məruz qalıb. Belə ki, 45 yaşlı qaynı və onun 43 yaşlı həyat yoldaşı traktordakı saman bağlamalarını boşaltmağı tapşırıblar. Lakin. Z.Novruzova isə onlara tövlədə inəkləri yemlədiyini deyib. 

İddiaya görə, bundan sonra Ziyadə Ş. və Xədicə Ş. 38 yaşlı qadını vəhşicəsinə döyüb. Həyat yoldaşı, 1 uşaq anasının döyüldüyündən xəbər tutan kimi onu xəstəxanaya çatdırıb. Gözü qaralan, çənəsi və burnunda qırıqlar olan, kəllə sümüyündə çatlar qeydə alınan Novruzova reanimasiyaya yerləşdirilib. 

Şübhəli şəxslər polis tərəfindən saxlanılıblar. 

Qaynar.info