Ölkə 16:15 03.09.2017

Azərbaycanlı qadın və 5 uşağı İraqda öldürüldü

İraqda, İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb.

"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib.

Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün...

Baş verən dəhşətli hadisəyə görə, o, terrorçuları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.

Qaynarinfo.Az