Dünya 11:11 03.08.2013

Azərbaycanlı “qanuni oğru” restoranda tutuldu

Avqustun 1-də Krımdakı “Oazis” mehmanxanasında azərbaycanlı “qanuni oğru” Arif Mehdiyev tutulub.

Müsavat. com-un Rusiya mənbələrinə istindən verdiyi məlumata görə, Rusiyanın kriminal aləmdə “Arif Sumqatıtski” kimi tanınan “qanuni oğru” bir neçə dəfə həbsdə olub. O, bu ilin yanvarında qətlə yetirilən Aslan Usoyanın(“Ded Xasan”) klanına daxil idi. Ukrayna hüquq-mühafizə orqanları “qanuni oğru” ya qarşı ittiham irəli sürməyiblər. Onun Ukraynada qalmasını məqsədəuyğun saymayaraq “Simferopol-İstanbul” reysi ilə Türkiyəyə deportasiya ediblər. Maraqlıdır ki, ötən ilin avqustunda da “qanuni oğru” Rusiyadan deportasiya edilib.

Qaynar.info