Video 11:10 01.12.2017

Azərbaycanlı qızlar Burakı görmək üçün kinoteatra axın etdilər (VİDEO)

Bakıda "Kardeşim benim 2" filminin təqdimat mərasimi keçirilib.

Qaynarinfo-nun baku.ws-ə istinadən məlumatına görə, tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə gəlib. Filmin baş rollarını B.Özçivit və Murat Boz ifa ediblər. Filmin qala-gecəsində izdiham yaşanıb. Filmin komandası zala daxil olanda qışıqırıq səsləri, fanat izdihamı yaşanıb. Xüsusilə də, Burak Özçivitin gəlişi aləmi bir-birinə vurub. Onunla şəkil çəkdirmək istəyən qonaqlar zalda səs-küy qoparıblar. 

Qeyd edək ki, "Mənim qardaşım"ın birinci hissəsinin premyerası B.Özçivitin və tanınmış aktrisa Asli Enverin iştirakı ilə Bakıda ötən ilin fevralında keçirilmişdi. Aktyorun Bakıya gəlişi böyük izdihamla qarşılanmışdı.