Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi (FOTO)

Azərbaycanlı rejissor Moskvada “İlin adamı” seçildi (FOTO)

Noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına "İlin adamı” mükafatının təqdimetmə mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, sözügedən mükafatın laureatları arasında Azərbaycan kinorejissoru Rüfət Əsədov da olub. O bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafında xidmətlərə görə layiq görülüb. 

R. Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin ("Quba yəhudiləri”, "Kənddə sonuncu yəhudi”, və "Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir. Bu filmlər dəfələrlə İsraildə, Avropa və ABŞ-da müxtəlif kinofestival və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib. 

Qeyd edək ki, sözügedən mükafatın təqdimatı Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat 2015-ci ildə təsis edilib və indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib. 
XƏBƏRLƏR
BLOGLAR