Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya sürpriz edib.

Qaynarinfo-nun xezerxeber.az-a istinadən məlumatına görə, o, Dieqo Maradonanın kətan üzərində yağlı boya ilə rəsmini çəkərək, Dubayda özünə təqdim edib.

Elnur Mahmudov futbol ulduzu ilə görüşünün təsadüfi olmadığını və əvvəlcədən təşkil edildiyini bildirib.

Əfsanəvi oyunçu ilə görüş onun elə öz evində baş tutub. Əslində Maradona ona edilən surprizdən xəbərsiz olub və son anda hədiyyəni görüb. Hətta bunun üçün görüş vaxtı 30 dəqiqə artırılıb.

Rəssam Elnur Mahmudov çəkdiyi rəsm əsərlərini əsasən xarici sərgilərdə nümayiş etdirdiyini və Azərbaycanın mədəniyyətini təbliğ etdiyini bildirib. Elə Maradona ilə görüşdə də Azərbaycan haqqında məlumat verə bilib.

Azərbaycanlının çəkdiyi rəsm əsəri artıq Maradonun ev muzeyində sərgilənir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: