Azərbaycanlı taksi sürücüsü DİN rəsmisini qarət etdi (VİDEO)

Azərbaycanlı taksi sürücüsü DİN rəsmisini qarət etdi (VİDEO)

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Çindəki rəsmi nümayəndəsinin müavini Moskvada taksi sürücüsü tərəfindən qarət olunub.

Bu barədə life.ru yerli hüquq-mühafizə orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.

Belə ki, zərərçəkən vətənində keçirdiyi məzuniyyətin başa çatması ilə əlaqədar Çinə geri dönməyi planlaşdırıb. İyunun 14-də səhər tezdən taksi tutub. Müşahidə kamerasına düşmüş görüntüdə onun taksiyə mindiyini görmək olur. İki saatlıq yoldan sonra polkovnik-leytenantın halı pisləşib, burnundan qan açılıb.

Taksi sürücüsü ona maşından düşməyi təklif edib və üzünü yumağa kömək edib. Ancaq üzünü təmizlədikdən sonra sürücü onu yolun kənarında tərk edib.

Maşında sərnişinin bir neçə bank kartı, sənədləri (Rusiya pasportu və Çində yaşamaq icazəsi) və hədiyyələri qalıb. DİN-in yüksək çinli zabiti hadisə ilə bağlı polisə şikayət edib. Taksi sürücüsü tapılaraq saxlanılıb. Onun 59 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.

Sürücü polisə verdiyi ifadədə bu əməlini ağır maddi vəziyyəti ilə izah edib. O, sərnişinin sənədlərini zibil yeşiyinə atıb. Həmçinin, bəzi əşyaları yolda olan səfilə verdiyini bildirib. Onların heç birini tapmaq mümkün olmayıb. Polkovnik-leytenantın "iPad”ini isə özünə götürüb.

DİN zabiti hazırda sənədlərinin yenidən hazırlanması ilə məşğuldur. Azərbaycanlı taksi sürücüsü isə ölkəni tərk etməmə barədə iltizamnamənin alınmasından sonra şərti azad edilib. (oxu.az)

XƏBƏRLƏR
BLOGLAR