Sənət 13:35 26.05.2014

Azərbaycanlı tələbə "Oskar" aldı

Azərbaycanlı tələbə Dinara Qabidullayeva Ukraynada "ilin ən yaxşı elm xadimi" nominasiyası üzrə qalib gəlib. 

Bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova açıqlama verib. Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin 3-cü kurs beynəlxalq əlaqələr fakultəsinin və 4-cü kurs qiyabi- hüquqşünas fakültələrinin tələbəsi Dinara Qabidullayeva və Mirxəlil Namazzadə 2013-2014-cü təhsil ilinin ən yaxşı elm xadimi tələbəsi nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Bundan əlavə, Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin Gənc alimlər komitəsinin başcısıdır.

Qeyd edək ki, 2013- ilin təhsil ilinin ən yaxşı xarici tələbəsi nominasiyasında Mirxəlil Namazzadə Oskar mükafatına layiq görülüb. Həmyerlimiz Mirxəlil Namazzadə Ukrayna Azərbaycanlı Gənclər Birliynin Dnepropetrovsk vilayət təşkilatının sədr müavini və Oles Qonçar adına Dnepropetrovsk Dövlət Universitetinin xarici tələbələr Şurasının sədridir. Sevindirici haldır ki, o da bu il "Oskar" mükafatına layiq görülüb. Bu sevinci bizimlə bölən Elza Bəkirova Anspress-ə açıqlamasında bildirib ki:

"Bu biz azərbaycanlılar üçün böyük qürurdur. Artiq iki ildir ki, "Oskar" nominasiyasına məhz bizim fəal azərbaycanlı gənclərmiz layiq görülür".

Qaynar.info