Foto 10:22 10.03.2018

Azərbaycanlı transseksual Türkiyədə öldürüldü (FOTO/VİDEO)

İstanbulda Azərbaycan əsilli transseksual öldürülüb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Roman ləqəbli transseksual iranlı Aşkan Kazemi tərəfindən qətlə yetirilib. Bəyoğlunda yerləşən hotelə gedən ikili əvvəlcə mübahisə edib, daha sonra Kazemi Romanı qətlə yetirib. O, hotel nümayəndəsinə sevgilisi ilə mübahisə etdiyini, əlinin yaralandığını, buna görə aptekə getdiyini deyərək qaçıb. Daha sonra o, 1 taksi sürücüsü və 2 qadın sürücüyə qarşı zorakılıq törədib. Sonuncu hadisədə vətəndaşlar qadının zorakılığa məruz qaldığını görərək Aşkan Kazemini polisə təhvil verib və şöbədə onun 8 mart tarixində Tarlabaşı Altın Bakkal küçəsində yerləşən hoteldə qətl törətdiyi məlum olub.

Qeyd edək ki, Aşkan Kazemi törətdiyi qətllə bağlı bunları deyib:
"İstiqlal küçəsində gəzərkən qarşılaşdım və 200 türk lirəsinə razılaşıb hotelə gəldik. Mən onu qadın zənn edirdim. Transseksual olduğunu öyrənəndən sonra getməyini istədim. Pulu istədi, mübahisə etdik və öldürdüm".
Faktla bağlı cinayət işinə start verilib.
Gülşən