Ölkə 10:47 18.12.2018

Azərbaycanlı vətənə qayıtmaq üçün bir milyon ödədi

Rusiyada azərbaycanlı iş adamı vətənə qayıtmaq üçün ona yazılan 1 milyon rubl (25 500 AZN – red.) cəriməni ödəməli olub. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Qubkina məhkəməsi iş adamını vəzifəli şəxsə rüşvət verməyə görə cərimələyib. 

Məlumatlara görə, məhkəmə onun Qubkinadakı evinə də həbs qoyub. Daha sonra azərbaycanlı evini satıb və cərimənin bir hissəsini ödəyib. 

Ancaq onun Rusiya ərazisini tərk etməsi üçün bir milyon rublu tam ödəməli olduğu bildirilib. Cərimə ödənildikdən sonra azərbaycanlının ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb.