Maqazin 11:14 20.12.2017

Azərbaycanlı xanım aktrisa şantaj edirilir: 100 minlik iddia

Türkiyədə ərinin keçmiş arvadı tərəfindən məhkəməyə verilən azərbaycanlı aktrisa Cəmilə Tağızadə də qarşı tərəfi məhkəməyə vermək fikrindədir.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, aktrisa ərinin keçmiş həyat yoldaşından 100 minlik təzminat tələb edəcəyini deyib:

"Bu qadın bizi rahat yaşamağa qoymur. Həyat yoldaşım onun 100 min borcunu ödəyib, amma yenə də gözü doymur, dayanmadan nələrsə tələb edir. Elə yoldaşımı bezdirdiyi ücün də ailəsi dağılıb. Yenə də ondan əl çəkmir. İndi də yoldaşımın mənim üçün aldığı qızılları tələb edir. Hansı ki, bu qızılları yoldaşımla birgə gedib almışıq. Qızıllarımı niyə axı ona verməliyəm? O, məni şantaj edir, şər-böhtan atır, yaşamağa aman vermir. Artıq bezmişəm, onu məhkəməyə verib, 100 min təzminat tələb edəcəm. Bu barədə bir dəfə polisə də şikayət etmişəm. Ailə qurandan bəri bu qadının dərdi-səri ancaq mənimlədir”.