Ekonomiks 17:32 15.10.2014

Azərbaycanlılar 27 milyard qazanıb

2014-cü ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 27,2 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4,0 faiz artıb.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz yüksəlib.

“Bu dövr ərzində gəlirlərin 70,1 faizi son istehlak xərclərinə, 11,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 18,1 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 24,7 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,9 faiz çox vəsait qalıb”, - məlumatda deyilir.

Qaynar.info