Video 17:34 03.12.2017

Azərbaycanlılar ABŞ-da ermənilərə etiraz etdi (FOTO/VİDEO)

Dekabrın 2-də Amerikada yaşayan bir qrup azərbaycanlı Massaçustes ştatının Boston şəhərində etiraz aksiyası keçirib. 

Qaynarinfo xəbər verir ki, etiraz aksiyasına səbəb ermənilərin "Arstax" təşkilatı tədbir keçirərək sentaora mükafat təqdim etməsi olub.

Qondorma bir təşkilatın belə bir tədbir keçirməsinə etiraz edən "Mübariz" təşkilatının üzvüləri aksiya keçiriblər. 

Aksiyada azərbaycanlılarla yanaşı türklər, həmçinin Amerika vətəndaşları da iştirak ediblər.

Aksiyada üzərinə ingiliscə yazılmış "Qarabağda erməni terroru”, "Ermənilər, Azərbaycan torpaqlarından rədd olun”, "Ermənilər BMT-nin qətnamələrini pozurlar” şüarları dalğalandırılıb.

Aksiya zamanı çəkilən video və fotoları təqdim edirik.