Ölkə 15:42 11.07.2019

Azərbaycanlılar Belçikadan deportasiya olundu

Belçika Krallığından 3 azərbaycanlı deportasiya olunub. 

Qaynarinfo xəbər verir ki, həmin şəxslər Rusiya vətəndaşları Aslanov Vladimir Rasim oğlu, Məmmədov Məmməd Alı oğlu və Azərbaycan vətəndaşı Qasımov Elgün Bünyad oğludur. 

Hər üç azərbaycanlının deportasiya olunmasına səbəb miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycanlılar Brüssel aeroportundan Sankt-Peterburq şəhərinə yola salınıblar.