Ölkə 12:45 25.09.2018

Azərbaycanlılardan ibarət silahlı dəstə saxlanıldı

Ukraynada azərbaycanlılardan ibarət silahlı dəstə saxlanılıb.

Qaynarinfo xəbər verir ki, polis Krivoy Roq bölgəsində soyğunçuluqda şübhəli bilinən 4 Azərbaycan vətəndaşını saxlayıb.

Saxlanılan şəxslərin yaşadığı evdən və avtomobildən çox sayda silah-sursat götürülüb. Şübhəlilərdən birinin avtomobilindən qan izi də tapılıb.