Ölkə 12:35 16.08.2018

Azərbaycanlını qarışqa dişlədi, 16 min manat sığorta aldı

Azərbaycanın sığorta şirkətlərindən biri səfər sığortası üzrə 15 644 manat ödəniş həyata keçirib.

Qaynarinfo xəbər verir ki, "Report”a daxil olan məlumata görə, müştəri ABŞ-ın Texas ştatında olarkən, onu qırmızı odlu qarışqa sancıb.

Nəticədə vətəndaş allergik reaksiya səbəbi ilə tibb müəssəsinə aparılıb və sığorta şirkəti onun xərclərini ödəyib.