Ölkə 14:32 07.05.2013

Azercell-dən start-up biznes ideyalarına dəstək

2-3 may tarixlərində Azercell-in Barama İnnovasiya Mərkəzi və ABŞ-ın CRDF Global təşkilatı tərəfindən Elm və Texnologiya Sahibkarlığı Proqramının iştirakçıları üçün vebinarlar keçirilib. 

Onlayn seminarda “Biznes planın yaradılması və təqdim olunması”, “Uğurlu Biznes Təqdimatı” mövzuları müzakirəyə çıxarılıb. Bundan əlavə biznes planın yaradılması qaydaları, investorların diqqətini çəkə biləcək məqamlar haqqında söhbət açılıb, müxtəlif mövzularda diskussiyalar keçirilib.

Qeyd edək ki, Elm və Texnologiya Sahibkarlığı Proqramının əsas məqsədi Azərbaycanda texnologiya sahəsində sahibkarlıq mədəniyyətini inkişafına töhfə verməkdir. Proqram iştirakçıları informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekolojı) texnologiyalar sahəsində biznes ideyalarını hazırlayırlar. Bu işdə onlara təlim və seminarlar yardımçı olur, onların biznes strategiyası haqqında biliklərini artırılır. 

Yarımfinal mərhələsində onlar özlərinin təkmilləşdirilmiş layihələrini beynəlxalq hakimlərə təqdim edəcəklər. 25 komanda arasında fərqlənən  6 layihənin müəllifləri  bu ilin sentyabrında ABŞ-da keçiriləcək 2 həftəlik biznes təlimlərinə qatılacaqlar. Dekabrda isə Final tədbirində ilk 3 yeri tutan layihələrin reallaşdırılmasına müvafiq olaraq 10 000, 7 500 və 5000 ABŞ Dolları miqdarında qrant təqdim olunacaq.

Azercell-in nəzdində fəaliyyət göstərən Barama İnnovasiya Mərkəzinin əsas məqsədi İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirilməsini təmin etməkdir. Mərkəzin köməyi və Azercell-in dəstəyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr baş tutub.

Qaynar.info