Ölkə 21:05 20.12.2017

“Azərenerji”nin Şimal Elektrik Stansiyasında yanğın

Bakıda elektrik stansiyasının ərazisində yanğın olub.

Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda "Azərenerji” ASC-nin Şimal Elektrik Stansiyasının ərazisində baş verib.

Nəticədə tikilməkdə olan tikilinin divar üzlüyü 30 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.