Maqazin 18:44 11.05.2015

Azəri qızı Günelin qardaşı yenə saxlandı - FOTO

2013-cü il mayın 4-də yol polisinin keçirdiyi reyd zamanı həbs olunan müğənni Tunar Rəhmanoğlu bu gün yenidən saxlanıb. 
 
Axar.az-ın əməkdaşına verilən məlumata görə, Azəri qızı Günelin qardaşı Tunar keçmiş “Əzizbəyov” körpüsü istiqamətində yol hərəkəti qaydasını pozduğu üçün cərimələnib. Müğənni əvvəlcə yol polisinə tabe olmamağa, kiməsə zəng edərək məsələni həll etməyə çalışıb. Yol polisi isə qaydaların hər bir sürücüyə şamil olunduğunu deyərək ona cərimə yazıb.  
 
Qeyd edək ki, 2 il əvvəl müğənni polisin qanuni tələbinə məhəl qoymayaraq, idarə etdiyi avtomobilin sənədlərini müfəttişə təqdim etməmişdi. Bu zaman yol polisi əməkdaşları ilə T. Rəhmanoğlu arasında insident yaşanmışdı. 
Daha sonra hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları müğənnini saxlayaraq, barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə aparmışdılar. Məhkəmə isə onun barəsində 10 sutkalıq həbs və bir il müddətinə sürücülük hüququndan məhrum edilməsi barədə qərar qəbul etmişdi. 

Qaynar.info