Maqazin 12:47 13.12.2017

"Azəri qızı"ndan Rza Zərrab açıqlaması: "...məni və ailəmi narahat edir"

Türkiyədə yaşayan müğənni "Azəri qızı" ləqəbli Günel Zeynalova adının hazırda ABŞ-da həbsdə olan keçmiş nişanlısı Rza Zərrabla hallanmasına münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, ifaçı bunun üçün jurnalistlərə müraciət ünvanlayıb:

"Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və üzülürəm. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir. 

Bir zamanlar bu mövzuda haqlı idim. Amma zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri adımı qaralamışdı. İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardız.
Dəyərli jurnalist dostlarım! Türkiyəyə gəldiyimdən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq demək istəyirəm ki, sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab verəcəklər”.
 
Qeyd edək ki, Rza Zərrab hazırda türkiyəli müğənni Ebru Gündeşlə evlidir. Və məhkəmə qərarına əsasən, E.Gündeş bir neçə gün öncə Rzanının ona aldığı evi tərk edib.