Maqazin 10:06 11.09.2014

Azəri sevgilisi türkiyəli müğənniyə Ferrari verdi - FOTOLAR

Azərbaycanl iş adamı ilə nişanlı olan türk ifaçı Ebru Polat 2 min manata kirayə maşın götürməsi iddialarına cavab verib. 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni qırmızı “Ferrari” ilə mətbuat işçilərinin kamerasına tuş gəlib. Məsələyə aydınlıq gətirən pop ifaçı, maşının nişanlısına aid olduğunu bildirib.

“Dostlar, qəzetlərdə maşını kirayə götürdüyüm yazılıb. Bu yalan xəbərdir. 2 min avro verib, maşın kirayələyəcək qədər pulum yoxdu. Maşın biznesmen nişanlıma aiddir”. 

Qaynar.info