Ölkə 22:27 08.11.2018

"Azəriqaz": Smart qaz sayğaclarının balansının onlayn artırılması mümkündür

"Azəriqaz" İstehsalat Birliyi smart kart qaz kartlarının balansının onlayn artırılması sisteminin tətbiqinə başlayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlətinə görə, hazırda smart kartların balansını kart-riderlər vasitəsilə onlayn qaydada artırmaq olur:

"Bununla yanaşı, mexaniki qaz sayğaclarından istifadə edən abonentlər "Azəriqaz" İstehsalat Birliyinin saytına daxil olmaqla onlayn qaydada borcunu ödəyə və öyrənə bilərlər. Abonentlər onlara təqdim edilən bildirişdə göstərilən abonent kodu vasitəsilə bu prosesi həyata keçirə bilirlər".