Ekonomiks 12:06 16.01.2020

“Azneft"də yeni təyinatlar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəisi vəzifəsinə yeni təyinatlar olub.

Qaynarinfo İstehsalat Birliyinə istinadən xəbər verir ki, Ramin Quliyev "Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev isə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər.