Ölkə 21:26 15.01.2019

AzTV prezidentin Alışanovla bağlı sərəncamını "görmədi"- FAKT

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bu gün saat 20:00-da AzTV-nin əsas xəbər bloku olan "Xəbərlər” buraxılışlarında Prezidentin Arif Alışanovla bağlı sərəncamına yer verilməyib.

Əldə etdiyimiz məlumata görə, dövlət televiziyasında prezidentin sərəncamının efirə verilməsinə Arif Alışanova sadiqlər imkan verməyiblər.