Xəbər lenti

Babək Bəkirin ölkədən çıxışına qadağan qoyulub
Siyasət 11:59 24.02.2015

Babək Bəkirin ölkədən çıxışına qadağan qoyulub

“Azadlıq” radiosunun Bakı bürosuna təzyiqlər davam edir. 

Radionun verdiyi məlumata görə, büronun keçmiş rəhbəri Babək Bəkir fevralın 23-də xaricə səfər etmək istəyərkən Bakı aeroportundan buraxılmayıb. Ona təyyarəyə minmək yasaq edilib və bildirilib ki, prokurorluq onun ölkədən çıxışına yasaq qoyub. Jurnalistə öncədən belə bir qadağanı əsaslandıracaq hər hansı ittiham barədə informasiya verilməyib.

2014-cü ilin sentyabrında hakimiyyət radionun hazırda həbsdə olan əməkdaşı Xədicə İsmayılın ölkədən çıxmasını yasaqlamış, onun Vaşinqtonda ABŞ Helsinki Komissiyasının təşkil etdiyi dinləmədə iştirakının qarşısını almışdı.

Bundan başqa fevralın 23-də Azərbaycan xidmətinin keçmiş ştatdankənar əməkdaşlarından biri prokurorluqda dindirilməyə çağırılır. Həmin keçmiş əməkdaş təhlükəsizliyinə görə adının açıqlanmasını istəmir.

Qaynar.info

--> -->