Ölkə 23:32 20.02.2018

“Bacanaqlar” və "Qız atası" saundtreklərinin sözləri kimindir?

ATV-də yayımlanan "Bacanaqlar” və "Qız atası" seriallarının saundtreklərinin sözləri şair-publisist Аnar Məmmədova məxsusdur.

Qaynarinfo xəbər verir ki, Anar Məmmədov Bakı Dövlət Universitetinin (BDU) dosentidir.

O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin və Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) üzvüdür. Onun müxtəlif səpgili bədii-publisistik yazıları və şeirləri vaxtaşırı dövri mətbuatda dərc olunur.

Şəfiqə Axundova, Sevda İbrahimova, Sədaqət Arifqızı, Gövhər Həsənzadə, Tahir Əkbər, Eldar Mansurov, Zamiq Əliyev, Rauf Məmmədov, İqbal Ağayev və digər görkəmli bəstəkarlar tərəfindən bəstələnən 100-dən artıq mahnının sözləri ona məxsusdur və bu mahnıları respublikanın ən tanınmış müğənniləri ifa edirlər.