Ölkə 17:24 18.04.2013

BACIM

Seymur Baycan

Hər dəfə mənigörəndə A. Kuprinin "Fil" hekayəsinin motivləri əsasında çəkilmiş "Qızvə fil" cizgi filminin süjetini danışır: "Yadındadı, qız xəstələnir, filonlara gəlir, çoxlu tort yeyir..."


Biz bu cizgifilminə uşaqlıqda bir yerdə baxmışdıq. Bəlkə də bu onun ən işıqlıxatirələrindən biridir. Müəyyən məhdudiyyətlər və uşaqlıq qorxularımızolsa da, hələ ki, ən adi əyləncələr, ən kiçik hədiyyələr bizə sevinclianlar yaşada bilirdi. Rahat yata bilirdik. Həyat adlı əjdahanınvarlığından, sərt dönüşlərdən xəbərsiz idik. Sonra qəfildən atam rəhmətəgetdi. Müharibə başladı və biz bir anda hər şeyimizi itirdik. Əzablı,işgəncəli, heç cür ifadə edə bilmədiyim ağır günlər gördük. Uşaqlıqdakitablarda oxuduğum səfaləti və kasıbçılığı öz gözlərimlə gördüm. Həyatabir neçə dəfə sıfırdan başlamalı olduq. Vəziyyətimiz o qədər ağırlaşdıki, bacımı və qardaşımı internata göndərməli olduq. Bacım ali təhsil alabilmədi. Ailədə yalnız mən bütün çətinliklərə, kasıbçılığa, əziyyətlərəbaxmayaraq, şəxsi fədakarlığım və mübarizəm nəticəsində oxumağıbacardım. İndi bacım vəhşi qanunlarla idarə olunan ölkədə iki uşaqböyütməyə məhkumdu. Elə bir ölkədə ki, Çexovun təbirincə desəm, bütünzorakılıqlar artıq insanlar tərəfindən zəruriyyət kimi qəbul olunur vəbelə bir ölkədə ədalət haqqında danışmaq zorakılığa məruz qalmışinsanların özləri tərəfindən gülünc qarşılanır. Belə bir ölkədə qadınıniki uşaq böyütməsinin nə demək olduğunu hər birimiz bilirik. Erkən yaşdaartıq qürub etməkdə olan bir insanın bütün arzuları bu iki uşağabağlıdı. Sanki qürub etməkdə olan bir günəş bütün enerjisini vəqüvvəsini iki çiçəyin böyüməsinə sərf edir.

Ohər cür fədakarlıq edir və bundan sonra da hər cür fədakarlığa hazırdı,amma nə etməli ki, bu iki uşaq da vəhşi cəmiyyətdə yaşamağa məhkumdur.

Obircə dəfə də ölkədən kənara çıxa bilmədi. Ölkədən kənara çıxabilməməyi bir yana, heç doğulduğu ölkənin Şəkisinin, Lənkəranının,Qubasının, Zaqatalasının necə olduğundan xəbərsizdi. Hər dəfə xoş birtəbiət mənzərəsiylə qarşılaşanda, istəyirəm gözlərimlə bu mənzərələrikopyalayıb, ona göndərəm. Başa düşürəm, bir adam bütöv bir nəsli xoşbəxtetmək iqtidarında deyil. Bir adam hamının əvəzinə oxuya bilməz, biradam hamının əvəzinə gəzə bilməz. Bir adam hamının əvəzinə xoşbəxt və yabədbəxt ola bilməz...

Hər dəfə xoş bir təbiətmənzərəsi görəndə ölməz Mirzə Cəlilin "Ölülər" əsərində İsgəndərinbacısı Nazlıya dediyi sözlər yadıma düşür: "Bax, həyətdə gün çıxıb, sənki, o günü görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib,ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?"

O,əyləncə restoran, kafe, şəhərlər, təbiət mənzərələri görmədən həyatınsərt üzü ilə qarşılaşdı. Vaxtından əvvəl təravətini itirdi. Həyatınçətinlikləri həm fikirlərinə, həm də xarici görünüşünə öz təsirinigöstərdi. Halbuki bir zamanlar onun necə də dupduru gülüşü vardı. Elə nəgördüsə, mənim hesabıma gördü. Bir-iki dəfə bulvara, teatra-filanaapardım... Detallara varmıram, ətrafımızda, nəslimizdə, binamızda,küçəmizdə aşağı-yuxarı eyni süjetli taleni yaşayan qadınlar çoxdu.

Ötənlərdədostum Arif Aydın bir müşahidəsini bölüşdü. Deyir, mən yalnız ölkənitərk edəndə həqiqi qadın gülüşü eşidirəm. Dəqiq. Qadın necə gülsün buölkədə? Qadın bütün gün daşlaşmış adətlərin təsiri altındaəzilməkdədi və hər məkanda özünü bir cür aparmağa məcburdu. O, ailədəbir cür, işdə başqa cür, küçədə tamam başqa cür olmaq məcburiyyətindədi.O özü üçün yaşamır, başqaları - ailəsi, qardaşı, atası, əmisioğlanları, iş yoldaşları, qonşuları üçün yaşayır. Xaqani Hasın təbirincədesəm, o qadın deyil, kiminsə anasıdı, kiminsə bacısıdı,kiminsə arvadıdı, kiminsə əmisiqızıdı, kiminsə xalasıqızıdı, kiminsəyerlisidi, kiminsə qohumudu, kiminsə qızıdı və bu qadın bütün bu"kimlər"in maraqlarını və gözləntilərini nəzərə almalıdır. Bütün bu"kimlər"in namusunu qorumalıdı. Bütöv bir kişi ordusu ona nəzarətetməkdədi. Bu ölkədə hər şey kişi üçündü. Restoranlar, kafelər, əyləncəmərkəzləri. Bir qadınla oldunmu, gedəcəyin yerlərin 95 faizi ixtisaradüşür. Şəhərin mərkəzində bir kafe var, adını yazmıram, kafedə yalnızkişilər üçün tualet var. Bir qadınla adam yola çıxanda, it zülmü çəkir.Tualet belə yoxdu qadınlar üçün. Biabırçılıqdı, ilin-günün bu vaxtı hələdə bir çox qadınlar sosial şəbəkələrdə saxta adlarla öz fikirləriniyazmağa məcburdurlar.  Bir gəncin fikirlərini yazım, özünüz nəticəçıxarın. Deyir: "Facebook mənim üçün maraqsızdı, mən bacıma nəzarətetmək üçün orda varam..."

Niyəhələ də biz qeyrəti yalnız və yalnız klassik mənada başa düşməliyik?Bəyəm başqalarının haqqını yemək, saxta dərman satmaq, zəifi əzmək,zəifə qarşı qəddar münasibət göstərib, özündən güclünün qarşısındaquyruq bulamaq, vaxtı keçmiş qida məhsulları satmaq, rüşvət almaq vəbütün bunların fonunda qadının qeyrətini çəkmək qəhrəmanlıqdı?

Bizölkədə yaşayan vətəndaşların tam yarısının gücündən məhrum olmuşuq.Mənasız adət yığnağı və bütöv bir nəzarət mexanizmi qadınları zəlil günəqoyub. Ölkənin ictimai-siyasi həyatında iştirak edə bilmirlər. Hər şeyipəncərədən seyr etmək məcburiyyətindədirlər. Ürəkləri kabab yeməkistəyir, yeyə bilmirlər, kimsə mütləq yanlarında olmalıdır, kimsə mütləqalıb gətirməlidir. Bir qadın xeylağı gedib bulvarda təkbaşına rahatgəzə bilmir. Mümkün deyil, elə isə özümüzü qeyrətli bir cəmiyyət kimiqələmə verməyimiz nə qədər doğrudur? Niyə bu boynuyoğun kişilər üçünqeyrət anlayışı yalnız və yalnız qadını güdmək kimi başa düşülür?


Nəyəgörə bizim valideynlərin qızların təhsilinə pul xərcləməyə canlarıçıxdığı halda, cehiz pulunu siçan deşiyindən də olsa, tapıb çıxarırlar?Səbəb çox sadədi. Ona görə ki, onlar bu qeyrət və namus rəmzindənbacardıqları qədər tez yaxa qurtarmağa çalışırlar. Yəni, getsin,şərin-xatasın uzaq etsin bizdən. Namusu və qeyrəti qorumaq məsuliyyətinitez başqalarına ötürmək istəyirlər. "Gedərsən ərə, orda nə istəyirsəngeyinərsən, nə istəyirsən edərsən" - cümləsini bizim qızlar tez-tezeşidirlər. Bu zəmanədə qızların təhsilinin necə vacib olduğunu yazmağınözü ayıbdır. Zatən bunu hər bir şüurlu məxluq başa düşməlidi. Başadüşməlidir ki, qızlara cehiz yığmazdan əvvəl, onlara təhsil verilməlidi.Bütün imkanlar cehiz yığmağa yox, təhsilə yönəlməlidi.

Oki qaldı qızlara... Kaş qızlar biləydilər ki, onların təhsil almasıüçün nə qədər insan əzab çəkib, döyülüb, söyülüb, öldürülüb. Təhsilimütləq qiymətləndirmək lazımdı. Təhsil daha çox azadlıq əldə etmək, ənpis halda əldə olunan azadlığı qoruyub saxlamaq üçün vasitədi.

P.S.: CekLondon "Martin İden" əsərində dəhşətli bir səhnə yaradıb. Ərinin zülmüaltında inləyən, paltar yumaqdan əlləri qıpqırmızı olmuş, vaxtsız əldəndüşən bacısı ərindən gizli, qorxa-qorxa qardaşına, Martin İdenə kiçikmiqdarda pul və bir az yemək gətirir. Aclıqdan əziyyət çəkən, yazıçıolmağı qarşısına məqsəd qoymuş Martin İden işləməkdən əldən düşmüş,ərinin zülmü altında inləyən, mərhəmətli və fədakar bacısına baxaraqdüşünür: "Mənim əqidəm bu qadının iztirablarını görməməyi, onu məhvetməyi tələb edir. Amma necə?".

Kultura.az