Dünya 11:31 15.01.2018

Bağdadda 2 partlayış: 26 ölü, 65 yaralı

İraqın paytaxtı Bağdadda səhər saatlarında 2 ardıcıl partlayış meydana gəlib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, terror hücumu fəhlələrin hər gün iş tapmaq məqsədilə dayandıqları Əl Təyaran meydanın baş verib. Nəticədə 26 nəfər ölüb, 65 nəfər isə yaralanıb.

Qeyd edək ki, noyabrda Bağdadın mərkəzində törədilən 2 partlayışda 17 nəfər ölmüş, 28 nəfər yaralanmışdı.

Gülşən