Ekonomiks 19:46 14.11.2019

“Bakcell” şəbəkəsinin əhatə dairəsi sürətlə artır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell” şirkətinin yüksək keyfiyyətli mobil şəbəkəsinin əhatə dairəsi sürətlə artır.

Belə ki, istifadəçilər üçün ən yüksək keyfiyyətin təmin olunması istiqamətində aparılan işlərin davamı olaraq təkcə 2019-cu il ərzində "Bakcell” tərəfindən ölkə ərazisində 700-ə yaxın yeni baza stansiya quraşdırılıb.

Xatırladaq ki, 2300-dən artıq 4G texnologiyalı baza stansiyası sayəsində "Bakcell” şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir. Bunun sayəsində "Bakcell” şirkəti ölkənin bütün bölgə mərkəzlərində yüksək keyfiyyətli və ən sürətli 4G internet xidmətlərini təqdim edir.

Bakı, Abşeron yarımadası və Azərbaycanın bütün şəhər və rayonlarında (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) yaşayan "Bakcell” abunəçiləri şirkətin təqdim etdiyi yüksək sürətli mobil İnternet xidmətlərindən yararlanmaq imkanına malikdirlər. Hazırda "Bakcell”in 4G şəbəkəsi əhalinin 78 faizi, ölkə ərazisinin isə 52 faizini əhatə edir.

"Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə belə yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə "Bakcell” "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə "Speedtest” xidmətinə görə bütün dünyada tanınan "Ookla” şirkəti tərəfindən təqdim edilib.

2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən "Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”).

Həmçinin qeyd edək ki, 2019-cu il ərzində "Bakcell” şirkəti ölkəmizdə keçirilmiş Novruz festivalı, "Formula 1” Azərbaycan Qran Prisi, UEFA Avropa liqasının Final oyunu, Avropa Gənclər Yay Olimpiya Festivalı və digər əhəmiyyətli tədbirlər zamanı ən yüksək keyfiyyətli rabitəni təmin edib.

Müştərilərə göstərilən xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsi məqsədilə "Bakcell” bundan sonra da ölkənin ən üstün mobil şəbəkəsinin genişləndirilməsi və modernizasiyasına yönəlmiş irimiqyaslı tədbirləri davam etdirəcək.

"Bakcell” haqqında

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

"Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-"Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.