Foto 16:16 18.04.2018

"Bakcell"in yeni şöbəsinin açılışı oldu (FOTOLAR)

Cəlilabad rayonunda "Bakcell"in yeni Satış və Müştəri Xidməti mərkəzinin açılışı olub.

Qaynarinfo xəbər verir ki, açılışda şirkət rəsmiləri, mətbuat nümayəndələri və bir sıra qonaqlar iştirak edib. Açılış mərasimindən sonra "Bakcell"in Baş Satış Direktoru Zaur Bayramov jurnalistlərin suallarını cavablandırıb.

"Cəlilabadda öncədən də "Bakcell"in müştəriləri xidmət mərkəzi var idi. Sadəcə müştərilərə daha yaxşı xidmət göstərmək məqsədilə şöbənin yeri dəyişdirilib və göstərilən xidmət sahələrinin keyfiyyəti daha da artırılıb".

Z.Bayramov yaxın zamanlarda "Bakcell"in Cin tarifində yeniliklərin olacağını da diqqətə çatdırıb:

"Daha çox innovativ təkliflərlə çıxış edəcəyik. Yaxın zamanda bu barədə geniş məlumat veriləcək. Həmçinin sosial şəbəkələr üçün ayrıca internet paketləri yaradılacaq. Biz müştərilərimiz üçün elə tariflər hazırlamağa çalışırıq ki, hər kəs özünə uyğun paketi seçə bilsin".

Tədbirin sonunda açılışa gələn rayon sakinlərinə "Bakcell"in pulsuz mobil nömrələri paylanıb.