Ekonomiks 11:13 04.04.2014

Bakı-Astara marşrutunda qiymət qalxdı - QARŞIDURMA

Bu gün səhər saatlarında Bakı-Astara marşrut xətti üzrə hərəkət edən "90 AM 446" dövlət nömrə nişanlı avtobusda qiymət qalxıb. 

Nəticədə sərnişinlərlə sürücülər arasında qarşıdurma yaranıb. 

Bu barədə Qaynar.info-ya sərnişinlər məlumat veriblər. Onların sözlərinə görə səhər saat 10-00 radələrində sürücülər Salyan rayonu ərazisində avtobusu saxlayaraq sərnişinlərdən gedişhaqlarını ödəməyi tələb ediblər və qiymət 5 manatdan 7 manata qaldırıb. Bu da sərnişinlərin narazılığına səbəb olub. Süni qiymət artımına etiraz edən sərnişinlərlə sürücülər arasında qarşıdurma olub. Amma buna baxmayaraq sərnişinlərdən 7 manat gedişhaqqı alıblar. 

Avtobus sürücüləri Samir və Elçin adlı hər iki şəxs bildiriblər ki, avtobus onların şəxsi mülkiyyətindədir və istənilən halda qiyməti qaldıra bilərlər. Onlar həmçinin bunu Nəqliyyat Departementinin hər ay onlardan qeyri-qanuni haqq alması ilə əlaqələndiriblər. 

Sərnişinlər bildirilər ki, bu avtobus Bakı Beynəlxalq Avtovağzalından deyil, hər gün saat 06-30-da Hövsan qəsəbəsindən marşrut xəttinə çıxır. Bir müddət öncə onlrın faəliyyəti qadağan olunsa da, sonradan yenidən xəttə çıxmalarına icazə verilib. Ölkədə benzinin qiyməti qalxanda qiyməti 5 manatdan 6 manata qaldırıblar. Bu gün isə yenidən qiyməti süni şəkildə qaldırıblar. 

Qeyd edək ki, Hövsan-Astara xətti üzrə iki sərnişin avtobusu fəaliyyət göstərir. 

Problemlə bağlı sürücülər açıqlama vermək istəmədilər. 

Qaynar.info