Ekonomiks 18:40 23.11.2018

Bakı-Batumi avtomobil yolu bu tarixdə istifadəyə veriləcək

2021-ci ildə beynəlxalq standartlara cavab verən müasir Bakı-Batumi avtomobil yolu istifadəyə veriləcək.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev qeyd edib ki, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun genişləndirilməsi layihəsi də 2021-ci ildə başa çatacaq.

Bundan başqa, Gürcüstan Tbilisi-Azərbaycan dövlət sərhədi yolunun tikintisini başa çatdıracaq.