Ekonomiks 13:55 27.11.2017

Bakı bulvarında 2,5 milyonluq mülk satılır (FOTO)

Bakı Bulvarında 2,5 milyonluq obyekt satışa çıxarılıb.

Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Yeni Bulvarın yaxınlığında, magistral yolun kənarında 17.5 sot şəxsi mülkiyyətdə olan obyekt satışa çıxarılıb.

Obyekt maşınların təmiri məntəqəsi kimi fəaliyyət göstərir. Ərazidə 7 ədəd təmir sexi, 1 ədəd kafe, 1 ədəd avtozehtiyyat mağazası, inzibati ofis binası yerləşir.

Hazırda obyekt icarədədir. 1750 kvadratmetr sahəyə malik mülk 15 otaqdan ibarətdir.

Mülkün qiyməti isə 2 500 000 manatdır.