Ölkə 23:07 17.04.2014

Bakı bulvarında bədbəxt hadisə - Yenilənib

45-55 yaşlı kişi ürək tutmasından vəfat edib
Dənizkənarı Milli Parkda qəfildən dünyasını dəyişən şəxsin kimliyi məlum olub. 
39-cu Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ölən şəxs Şirvan şəhərinin Xaqani küçəsində qeydiyyatda olan Əsgərov Ramiz Böyükağa oğludur.
Həkimlər Şirvan sakininin ürəktutmasından dünyasını dəyişdiyini bildirib. 
Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
*  *  *  *
ANS PRESS-in məlumatına görə, 45-55 yaşlı kişi ürək tutmasından vəfat edib.
39-cü Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, təcili yardım maşını hələki şəxsiyyəti məlum olmayan şəxsi xilas etməyə yetişə bilməyib. Belə ki, həkimlər gələnə kimi həmin şəxs keçinib. 
Hadisə şahidlərinin dediyinə görə, həmin şəxs gəzən zaman müvazinətini itirərək, yerə yıxılıb.
Qaynar.info