Foto 10:31 10.11.2019

Bakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi (FOTO/VİDEO)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə Bakı şəhərindəki bir sıra binalar və abidələr Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Fondan Qaynarinfo-ya verilən məlumata görə, "Qız Qalası”,  eləcə də "Alov Qüllələri”, "Bakı Kristal Zalı”, Bakı Olimpiya stadionu və digər binalar Azərbaycan bayrağına bürünüb.

Həmçinin gün ərzində şəhərdəki monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. Bütünlüklə üçrəngli bayrağımızla bəzənən Bakıda gün ərzində möhtəşəm görüntülər yaranıb.