Bakı Dövlət Universitetinin professoru vəfat etdi

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

Ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov 94 yaşında uzun sürən xəstəlikdsən sonra vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə modern.az-a onun yaxınları məlumat verib.

Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində keçiriləcək.

Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 1948-ci ildə Bakı Dövlət Universitetini bitirən Pənah Xəlilov ömrünün 75 ilini bu ali təhsil ocağına həsr edib.

XƏBƏRLƏR
BLOGLAR