Ölkə 11:53 22.02.2019

Bakı-İran yolunun bir hissəsi bu tarixdən ödənişli olacaq

"Bakı - Ələt – Astara – İranla dövlət sərhədi avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq".

Qaynarinfo report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı hazırda lazımi tədbirlər görülür: "Yeni yolun ödənişli olması əvvəlcədən müəyyən edilməmişdi. Sonradan qərara alındı ki, eyni istiqamətdə alternativ yol var və buna görə yeni yol ödənişli ola bilər. Bununla bağlı biz aidiyyəti qurumlara təkliflər vermişik. Təklifi ölkə prezidenti və Nazirlər Kabineti qəbul edib. Yəqin ki, bu ilin sonuna qədər həmin yolun 172 km-lik hissəsi ödənişli yol kimi xalqa xidmət edəcək".