İdman 21:12 08.02.2013

“Bakı” Kamran Ağayevlə müqavilə imzaladı

“Bakı” qış fasiləsində heyətinə cəlb etdiyi millimizin qapıçısı Kamran Ağayevlə müqavilə imzalayıb. Bu haqda Qol.Az-a klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.


Onun sözlərinə görə, “Xəzər Lənkəran”ın sabiq qapıçısı K.Ağayevlə dünən iki illik müqavilə bağlanıb.


“Qarabağ”ın hücumçusu Rauf Əliyevə gəlincə, Y.Seyidov hələlik bu məsələnin açıq qaldığını və müqavilə bağlanmaq üçün onun klubu ilə müzakirənin davam etdiyini söyləyib.