Foto 19:37 30.12.2017

Bakı klubu 4 transfer etdi (FOTOLAR)

"Zirə” heyətini 4 futbolçu ilə gücləndirib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ”dən Tellur Mütəllimov, "Keşlə”dən Mirsahib Abbasov, "Qarabağ”dan İbrahim AslanlıElşən Abdullayev heyətə cəlb olunub.

Mütəllimov və Aslanlı ilə 2,5 illik, Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1,5 illik müqavilə bağlanılıb. Abdullayev isə mövsümün sonuna qədər "Zirə”nin formasını geyinəcək.