İdman 23:07 19.07.2018

Bakı klubu Avroliqada mübarizəni ilk mərhələdə dayandırdı

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. 

Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən yalnız "Keşlə" evdə meydana çıxıb.

Gözlənilmədən səfərdə Maltanın "Baltsan" klubuna 1:4 hesabı ilə yenilən Bakı təmsilçisi mydana baş məşqçisiz çıxıb. Belə ki, Maltadakı oyundan sonra klub rəhbərliyinin qoyduğu şərtlərlə razılaşmayan baş məşqçi Yuri Maksimov isefa vermişdi. Bu səbəbdən komandanı oyuna köməkçi-məşqçi Zaur İsmayılov çıxarmışdı.

"Keşlə" mərhələ adlamaq üçün "Balstan"ı ən azı 3 cavabsız qolla yenməli idi. Oyuna fəal başlayan Bakı klubu 11-ci dəqiqədə Sezar Meza Kollinin penalti qoluna sevinib. 90+1-ci dəqiqədə Slavik Alxasov fərqi artırıb. Amma "Keşlə"nin ümidi 5 dəqiqə sonra dəfn olunub. Belə ki, 90+6-cı dəqiqədə Andriya Maydevac hesab arasındakı fərqi azaldıb. O, qoldan dərhal sonra qırmızı vərəqə alıb.
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

19 aprel
Keşlə (Azərbaycan) - Baltsan (Malta) 2:1 
Qollar: Sezar Meza Kolli, 11-pen. Slavik Alxasov, 90+1 - Andriya Maydevac, 90+6.
Qırmızı vərəqə: Andriya Maydevac, 90+6.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın (88. Məmməd Quliyev, 85), 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Miloş Boşançiç (21. Herve Tçami, 74), 10. Sezar Meza Kolli, 11. Bahodir Nasimov (9. Amil Yunanov, 64), 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sonha.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı (q), 7. Vaqif Cavadov, 19. Azər Salahli, 24. Fuad Bayramov.
Baş məşqçi: Zaur İsmayılov.
Baltsan: 83. Stiv Sultana, 8. Nenad Sliviç, 11. Stiv Bezzina (k), 15. Mixael Conson, 17. Alfred Effionq (4. Custin Qrioli, 69), 18. Uroş Lyubomiraç (9. Lekao, 59), 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç (50. Andriya Maydevac, 85), 99. Miloş Lepoviç.
Ehtiyat oyunçular: 1. Sean Montoff, 10. Siray Arab, 14. Askroft, 88. Sean Kipriott.
Baş məşqçi: Marko Miçoviç.
Sarı vərəqələr: Sezar Meza Kolli, 31. Adrian Skarlatake, 36 - Elkin Serrano, 31. Nenad Sliviç, 62. Stiv Sultana, 82. Andriya Maydevac, 90+4ş
Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (Rusiya).
Hakim-inspektor: Stefen Lodj (İngiltərə).
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya).
Bakı. "Dalğa Arena”.