Ölkə 17:15 25.12.2017

“Bakı Metropoliteni”nin iş vaxtı artırılır

"Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gecə saat 01:00-a qədər işləyəcək.

Bunu oxu.az-a QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, bütün stansiyalara giriş saat birə qədər açıq olacaq: 

"Sadəcə, sərnişinlərdən xahiş edirik ki, "Sahil” metrostansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər "28 May” və "İçərişəhər” stansiyalarına üz tuta bilərlər”.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə dekabrın 31-də, saat 00:00-da Milli Parkda atəşfəşanlıq təşkil edəcək.