Bu gün saat 16:00 radələrində metronun "Gənclik" stansiyasında bıçaqlanma hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bıçaqlanan Şəmistan Quliyev adlı şəxsdir. Hazırda polis əməkdaşları ona xəsarət yetirənin kimliyini müəyyən etmək istiqamətində iş aparır. Yaralı Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər