Ekonomiks 14:31 19.08.2019

Bakı metrosunda qatarların hərəkətində gecikmənin səbəbi müəyyənləşdi

Səhər saatlarında "İçərişəhər" metrostansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib.

Qaynarinfo xəbər verir ki, təlimatçı-maşinistin qərarına əsasən, qatar xətdə saxlanılıb.

Buna görə də, bütün xətt boyu qısa müddət ərzində 10 dəqiqəlik gecikmə qeydə alınıb.