Ölkə 10:51 10.12.2017

Bakı metrosunda rejissorun halı pisləşdi: reanimasiyaya yerləşdirildi

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlının səhhəti pisləşib. 

Qaynarinfo xeberle.com-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bakı Metropoliteninin "İçərişəhər” stansiyasında olarkən onun vəziyyəti pisləşib. R.Almuradlının ürək və ağciyərində problem yaranıb.
 
O, ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.