Ölkə 09:08 25.08.2019

Bakı-Quba yolunda qәza: xәsarәt alanlar var

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo Report-a istinadәn xәbәr verir ki, Bakı-Quba yolunun 110-cu kilometrliyində Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətlərilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.