Foto 11:24 01.02.2019

Bakı-Sumqayıt yolunda dəhşət: avtomobil parça-parça oldu (FOTOLAR)

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, saat 22:30 radələrində magistralın 29-cu kilometrliyində - Sumqayıt şəhərinin girişində "Ford” markalı minik avtomobili yüksək sürətlə yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan 25-35 yaşlı 3 kişi ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.

Hadisə vaxtı zərbənin gücündən avtomobil bir neçə hissəyə parçalanıb.

Qəzanı əks etdirən fotoları təqdim edirik.