Ölkə 16:09 15.10.2013

Bakıda 12 yaşlı uşaq görənləri heyrətləndirdi - FOTO

Uşaq avtomobili  ustalıqla idarə edib

Bakının Yasamal rayonunda 12 yaşlı oğlan görənləri heyrətləndirb. ANS PRESS-in məlumatına görə, uşaq Yasamal rayonu Şərifzadə küçəsi, 196 ünvanında “VAZ-21099” markalı avtomobilin sükanı arxasında oturaraq maşını idarə edib. Uşaq maşını piyadalar üçün nəzərdə tutulan səkiyə çıxarıb. Daha sonra maşını ordan düşürüb, yola çıxartmaq istəyib.
 
Ceyhun adlı uşağın sükan arxasında oturaraq avtomobil idarə etməsi ilə bərabər, onun avtomobili ustalıqla hərəkətə gətirməsi və manevr etməsi görənləri təəccübləndirib.


Qaynar.info