Ölkə 10:20 20.11.2017

Bakıda binadan "Lexus"un üstünə paltaryuyan maşın atdılar - FOTO

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

"Qaynarinfo"-nun Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS"markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.