Ölkə 10:41 13.03.2014

Bakıda 205 min dollarlıq qəza - FOTOLAR

Dünən Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Şərifzadə küçəsində “Saipa” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirərkən sürətlə hərəkət edən “Range Rover Vogue” markalı maşın idarəetməni itirərək ona çırpılıb.

Qəza nəticəsində “Saipa”nın sürücüsü Elnur Hüseynov xəsarət alıb. Digər avtomobilin sürücüsu isə hadisə yerini tərk edib.

Hər iki avtomobilə ziyan dəyib. Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sonuncu model “Range Rover Vogue”nin orta qiyməti bazarda təxminən 200 000 ABŞ dolları təşkil edir. “Saipa” markalı minik maşınının qiyməti isə 5 000 ABŞ dolları təşkil edir.

Qaynar.info