Sənət 11:52 04.07.2014

Bakıda 3 günlük kitab bayramı – 20 min kitab endirimdə! - FOTO

“Qanun” nəşriyyatı növbəti kitab endirimli yarmarkasına start verib. 

Nəşriyyatdan AzNews.az-a verilən məlumata görə, budəfəki yarmarka Nizami rayonu ərazisindəki “Heydər Əliyev” parkında keçirilir. 

Nizami rayonu İcra Hakimiyyətiylə birgə təşkil olunan yarmarkada 2 min adda 20 mindən artıq kitab oxuculara təqdim edilir. 

Endirimli kitab yarmarkası üç gün davam edəcək.